Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
Bank, 2023-cü il nəticələrinə görə 39.8 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2022-ci ildə 15.0 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı 41.9% və ya 42.3 milyon manat artaraq 143.5 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 2.9 dəfə çoxdur.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
- Kredit portfeli 24.6% artıb və portfel 1 milyard manatı üstələyib. Hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 013.8 milyon manat təşkil edib.
- Kredit portfelinin 76.9%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 780.0 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 23.0% və ya 146.0 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 55.3%-i regionların payına düşür.
- Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2023-cü ilin sonuna 1051.6 milyon manat təşkil edir ki, bu da 2022-ci illə müqayisədə 22.3% çoxdur.
- Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 20.9% artıb və 722.1 milyon manata çatıb.
- AccessBank 2023-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan milli valyutada 51.0 milyon manat həcmində kredit cəlb etmişdir ki, bunun 8.5 milyon manat hissəsi maliyyə sektoru üçün ilk olaraq “yaşıl” maliyyədir.
- Bankın aktivləri 1.4 milyard manata yüksəlib ki, bu da 2022-ci illə müqayisəsədə 19.1% çoxdur.
- Faiz gəlirləri 2022-ci il ilə müqayisədə 39.0% artaraq 195.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2022-ci il ilə müqayisədə 46.0% artaraq 122.0 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.7% artaraq 17.9 milyon manat təşkil edir.
- Xalis əməliyyat mənfəəti 2023-cü ildə 56.3 milyon manata çatıb. 2022-ci ildə eyni göstərici 22.9 milyon manat təşkil edib.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 73.7% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət