Azərbaycan 2024-cü ildə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) sədrliyi GUAM regionunda ümumi maraqlar, problemlər və perspektivlər əsasında həyata keçirmək niyyətindədir.
“Azərbaycan GUAM regionunda ümumi maraqlar, problemlər və perspektivlər əsasında sədrlik edəcək və əməkdaşlığın genişləndirilməsi və prioritet sahələrdə irəliləyişə nail olunması üçün hər cür səy göstərəcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycanın GUAM-a sədrliyi konsepsiyasına istinadən bildirir.
Konsepsiyaya əsasən, Bakı minatəmizləmə, postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində qarşılıqlı fəaliyyətə və əməkdaşlığa da dəstək verəcək.
“Azərbaycanın sədrliyi beynəlxalq platformalar – xüsusilə BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv dövlətlərin birgə səylərini əlaqələndirməyə davam edəcək. Sədrlik, həmçinin təşkilatın səmərəliliyinin artırılmasına diqqət yetirəcək”, - deyə konsepsiyada bildirilir.
Azərbaycan təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verməyə çalışacaq, xüsusilə əsas diqqət minatəmizləmə və münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübə və bilik mübadiləsi, GUAM nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində konkret addımların atılması və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, rəqəmsallaşma sahəsində fəaliyyətin təşviqi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, enerji təhlükəsizliyi və s. kimi əməkdaşlıq sahələrinə yönəldiləcək.
Bundan başqa, 2024-cü ildə Bakı GUAM-a üzv dövlətlər arasında iqlim sahəsində qarşılıqlı fəaliyyətlə bağlı əməkdaşlığın və dialoqun genişləndirilməsi, GUAM-a üzv dövlətlərin diplomatik akademiyaları arasında əməkdaşlığın inkişafı; GUAM-a üzv dövlətlərin konsulluq idarələri arasında əməkdaşlığın gücləndirilməsi; cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və müvafiq işçi qrupunun iclasının təşkili; regionda azad ticarətlə bağlı məsələlərin təşviqi; GUAM Parlament Assambleyası (PA) çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və GUAM PA ilə digər beynəlxalq parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, GUAM tərəfdaşları ilə mövcud əməkdaşlığın aktivləşdirilməsi və GUAM+ formatlarında mümkün tərəfdaşlarla yeni əməkdaşlığın inkişafına diqqət yetirəcək.
Sənədə əsasən, Azərbaycan 2024-cü ildəMilli Koordinatorlar Şurası və Xarici İşlər Nazirləri Şurasının iclaslarını da təşkil edəcək.
“Yuxarıda qeyd olunan əməkdaşlıq istiqamətləri yol göstəricisidir. Azərbaycan təşkilata sədrliyi dövründə regionda dayanıqlı inkişaf və ümumi rifah naminə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq və dialoqun inkişafı üçün səy göstərəcək”, – deyə konsepsiyada bildirilir.
Azərbaycan 2024-cü ildə GUAM-a sədrlik edir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət