İsrailin hərbi komandanlarının bir hissəsi ölkənin Qəzza zolağı ilə bağlı hökumətin strategiyasından narazıdırlar və bəyan edilən hər iki hədəfin – HƏMAS-ın məhv edilməsi və israilli girovların azad olunmasının eyni vaxtda yerinə yetirilməsinin mümkünlüyünə şübhə edirlər. Bu barədə «The New York Times» mənbələrə istinadən yazır.
«100 gündən artıq hərbi əməliyyatlardan sonra və İsrailin məhdud hərbi uğurlarını nəzərə alsaq, hərbi komandanlarda qısamüddətli perspektivdə qarşıya qoyulan hər iki əsas vəzifəni – HƏMAS-ı məhv etmək və hələ də Qəzzada girov qalanların azad edilməsini yerinə yetirməyin mümkün olmağına dair şübhələr yaranıb”, - nəşr yazır.
Nəşr qeyd edir ki, İsrail ordusu "hazırkı hərbi əməliyyata qədər öncə planlaşdırılandan Qəzzanın daha az hissəsini nəzarətə götürüb (...). Gözləniləndən daha yavaş irəliləmə templəri bəzi hərbi komandanların özəl söhbətləri zamanı İsrailin mülki hakimiyyətinin Qəzza ilə bağlı strategiyasından qıcıqlanma ifadə etmələrinə gətirib”.
«Həmin hərbi komandanlar belə bir qənaətə gəliblər ki, indiyədək Qəzzada saxlanılan 100-dən çox israilli girovunun sərbəst buraxılmasına hərbi yollarla deyil, daha çox diplomatik yollarla nail olmaq olar», - məqalədə deyilir.
Nəşr anonimlik şərtləri ilə danışan dörd İsrail hərbi komandanına istinadən qeyd edir ki, onların fikrincə, «eyni zamanda girovları azad etmək və HƏMAS-ı məhv etmək hədəfi real deyil».
Bundan əlavə, onların fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı hərbi çətinliklərə görə qismən məsuliyyət daşıyır, çünki o, «müharibədən sonrakı anklavın quruluşu məsələsindən yayınır». **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət