Azərbaycan Ermənistanın Konstitusiyasında Qarabağın adının çəkildiyi Müstəqillik Bəyannaməsinə istinad edilməsini problemli hesab edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, Bakı Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsində Ermənistan Konstitusiyası ilə bağlı tələblər irəli sürməyib.
“Sülh sazişi layihəsində Ermənistan Konstitusiyasına dair müddəa yoxdur. Tərəflər ümumi sülh prosesində bir-birlərinin hüquqi problemlərini görür və şərh edir. Belə müzakirələr bundan sonra da olacaq. Konstitusiyamıza gəlincə, bu, daxili məsələlərin həlli ilə yanaşı, daha geniş əhəmiyyət kəsb edir və regional və xarici əlaqələrimizə təsir edə bilər. Lakin sülh sazişi layihəsində konstitusiya ilə bağlı tələb və ya mətn yoxdur”, - deyə Ermənistan XİN rəhbəri qeyd edib.
Yanvarın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib. “Ermənistan Respublikasının konstitusiya islahatına deyil, yeni konstitusiyaya ehtiyacı var. Biz yeni geosiyasi və regional şəraitdə Ermənistan Respublikasını daha rəqabətli və həyat qabiliyyətli edəcək konstitusiyaya malik olmalıyıq”, - deyə o bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət