Ukraynanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü Oleksiy Qonçarenko təşkilatın qış sessiyasında çıxışı zamanı Azərbaycana dəstəyini ifadə edib.
“Biz görürük ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh sazişi bağlayır. Biz buna görə dua edirik. Biz Cənubi Qafqazda və bu iki xalq arasında sülh görmək istəyirik. Onlar buna doğru hərəkət edirlər. Biz onların buna necə yaxınlaşdıqlarını görürük. Bu gün bizim etdiklərimizin bu sülhü bir gün belə təxirə salması pis olardı. Düşünürəm ki, iki xalqa son dərəcə lazım olan sülhü təmin etmək üçün Avropa Şurası daxilində birləşmək daha yaxşı olar. Mən azərbaycanlılara müraciət etmək istəyirəm – siz azad dünyanın bir hissəsisiniz, biz sizi burada görmək istəyirik. Bu, çox vacibdir. (...) Mən Assambleyamızı və Azərbaycanı bir-birinə doğru addım atmağa, düzgün qərarlar qəbul etməyə və irəliyə, ümumi dəyərlərimizə əsaslanacaq sülhə doğru hərəkət etməyə çağırıram və bu, çox önəmlidir”, - deyə Qonçarenko vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Qonçarenko “Yaşasın Azərbaycan” şüarını səsləndirib. “İnanıram ki, biz bunun öhdəsindən gələcəyik və Azərbaycan nümayəndə heyətini yenidən burada gözləyirik”, - deyə o əlavə edib.*
Xəbərlər şöbəsi
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət