“Technip Energies” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində “Texnoloji biliklərin ötürülməsi” proqramı(Master Technology Transfer Program 2024) ilə bağlı məlumat sessiyası keçiriblər.
Tədbirdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetinin yuxarı kurs tələbələri də iştirak ediblər.
Məlumat sessiyasında çıxış edən “Technip Energies” şirkətinin Bakı ofisinin Texniki meneceri Salvatore Carotenuto şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib.
Şirkətin Biznes interfeysi üzrə analitiki, Bakı Ali Neft Məktəbinin məzunu Elgün Yusifov şirkətdəki karyera yolundan danışaraq “Texnoloji biliklərin ötürülməsi” proqramı barədə məlumat verib və 2019-cu ildən həyata keçirilməyə başlanılan bu proqramın ilk məzunu olaraq təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovtələbələri şirkətin təqdim etdiyi bu imkandan yararlanmağa və proqramda fəal iştirak etməyə çağırıb. Rektor BANM məzunlarının “Technip Energies” şirkətində uğurla fəaliyyətinin qürurverici olduğunu vurğulayıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət