Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı soyqırımı iddiası əsasında BMT Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi müvəqqəti qərarın Qəzza zolağında atəşkəslə nəticələnəcəyinə ümidvar olduğunu deyib.
“Türkiyə ümid edir ki, Beynəlxalq Məhkəmənin bu qərarı İsrailin Qəzza sakinlərinə hücumlarını dayandırmasına gətirib çıxaracaq”, - deyə “Anadolu” agentliyi Türkiyə liderinə istinadən bildirir.
Öz növbəsində, İran Xarici İşlər Nazirliyindən qeyd olunub ki, İsrail Qəzza zolağında törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunmalıdır.
“İsrail rejiminin rəhbərləri fələstinlilərə qarşı soyqırımı və misli görünməmiş hərbi cinayətlərin törədilməsinə görə dərhal məsuliyyətə cəlb edilməlidirlər”, - deyə Yaxın Şərq mətbuatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyana istinadən bildirir.
O, həmçinin vurğulayıb ki, Ağ Ev tərəfindən İsrailin cinayətlərinin dəstəklənməsi heç vaxt unudulmayacaq.
İspaniyanın baş naziri Pedro Sançes BMT Məhkəməsinin qərarını alqışlayıb və münaqişə tərəflərini müvəqqəti tədbirləri həyata keçirməyə çağırıb.
“Biz sülhə və müharibənin dayandırılmasına, girovların azad edilməsinə, humanitar yardımın çatdırılmasının təmin edilməsinə və Fələstin dövlətinin yaradılmasına tərəfdar olmağa davam edəcəyik”, - deyə o vurğulayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət