Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğini, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğini və birdəfəlik ödənişin həcminitəsdiq edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği: gömrük rəsmiləşdirilməsi zamanı minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda – 700 manat təşkil edir.
Hər dövlət texniki baxışı zamanı nəqliyyat vasitələri 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda – 20 manat, 20 ildən 30 ilədək olduqda – 30 manat, 30 il və daha çox olduqda – 40 manat təşkil edəcək.
Bu ödənişlər 1 fevral 2024-cü ildən etibarən qüvvəyə minir.
Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir: Kvadrisikl və təkərləri dörddən az olanlar 200 manat; oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar – 1,5 min manat; icazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar – 1,5 min manat; oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar – 2 min manat; icazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar – 2 min manat; oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar – 3 min manat; icazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar – 3 min manat; təkərli və tırtıllı traktorlar – 2 min manat; mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər – 3 min manat; meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorla – 3 min manat.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 27-də “Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” sərəncam imzalayıb. Fond güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır.
Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir. **
B.Rüstəmbəyov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət