Dünya Bankının ekspertləri Bakının su təchizatı sistemində cari itkiləri 55-60% səviyyyəsində qiymətləndirirlər, bu göstəricinin 40%-dək azalmasına sərmayələr 5 il ərzində ilkin olaraq $162,7 milyon həcmində qiymətləndirirlər.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Dünya Bankının su təchizatı məsələləri üzrə eksperti Smita Misra cümə günü bildirib ki, Azərbaycan su təchizatı sistemində müəyyən problemlərlə üzləşir. Bunun bir neçə səbəbi var. Birincisi, su mənbələrinin 70%-i digər ölkələrdən gələn çaylardır. Bundan başqa, quraqlıq, iqlim dəyişikliyi problemi də mövcuddur.
DB-nin eksperti Yen Yansens görüşdə qeyd edib ki, DB-nin ilkin qiymətləndirmələrinə əsasən, hazırda Bakıda su itkisinin səviyyəsi 55-60% təşkil edir
DB-nin qiymətləndirmələrinə əsasən, ilkin qiymətləndirmələrə əsasən, bu göstəricinin 40%-ə endirilməsi üçün beş il ərzində ümumi məbləği $162,7 milyon investisiya lazımdır.
Yansens qeyd edir ki, Azərbaycanda və Bakıda su itkisi 25-30% səviyyəsində iqtisadi cəhətdən məqbuldur.
Yansens hesab edir ki, Azərbaycanın dövlət qurumları itkilərin azaldılması işlərinə özəl şirkətləri cəlb edə bilər. Bununla yanaşı, onun fikrincə, özəl sektor İT, ölçmə, abunəçilərin su təchizatı sisteminə qoşulması sahəsində bu istiqamətdə kömək edə bilər.
DB-nin ekspertləri vurğulayırlar ki, su itkisinin səviyyəsinin azalması yalnız infrastrukturun (yeni və ya köhnə - İF) mövcudluğundan, həm də onun necə işlədilməsindən asılıdır.
Onların sözlərinə görə, su təchizatı sisteminin operatorları infrastrukturun səmərəliliyi prosesinə daim nəzarət etməlidirlər: "Əgər bunu etməsələr, aşağıdakılar baş verə bilər: siz bu gün mühüm maliyyə resursları yatırırsınız və sistemdə su itkisinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olursunuz. Lakin istismarın səmərəliliyi təmin edilməsə, 5 ildən sonra su itkisinin səviyyəsi əvvəlki göstəriciyə qayıdacaq".
Misra vurğulayıb ki, hazırda dünyada dəniz suyunun şirinləşdirilməsi və su təchizatı sistemində istifadəsi ilə bağlı layihələr fəal təşviq olunur. Onun fikrincə, bu suyu qəbul etmək üçün müvafiq infrastruktur hazır olmalıdır. Bununla yanaşı, o qeyd edib ki, bu cür layihələr baha başa gəlir.
Bakıda su itkisinin səviyyəsinin qiymətləndirilməsi Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində 9 layihədən biridir. AZTAF-ın büdcəsi 5,25 milyon avro təşkil edir, proqramın icrası isə 2025-ci il aprel ayına qədər davam edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət