Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan-Azərbaycan normallaşmasında Moskvanın məqsədi Ermənistana və Azərbaycana dayanıqlı barışıq və sülh yolunda qarşılıqlı əlaqə yoluna çıxmaqda kömək göstərməkdir.
"Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın roluna alternat yoxdur, bu rol böyük və unikaldır. Əvvəla, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rolu. Bizim bugünkü vəzifəmiz tərəfdaşlarımıza, Ermənistana və Azərbaycana kömək etmək, barışıq və sülh yolunda qarşılıqlı əlaqənin dayanıqlı yoluna çıxmaqdır. Bölgədəki vəziyyətin dayanıqlı, sabit olması üçün", - Qaluzin “Rossiya 24" telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” Qaluzinin sözlərindən sitat gətirərək vurğulayır ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində Bakı və İrəvana məsləhət xidmətləri təklif edir, çünki Moskvada topoqrafik materiallar var.
"Sülh prosesinə, sülh müqaviləsinin imzalanmasına gəldikdə, burada Rusiya Federasiyası bütün məsələlərin müzakirəsində fəal şəkildə kömək etməyə davam edir. Biz (RF - İF) sülh müqaviləsi ilə bağlı Ermənistan-Azərbaycan danışıqları üçün hər zaman öz meydançamızı təqdim etməyə hazırıq. Ümid edirik ki, İrəvanda həqiqətən üçtərəfli razılaşmaların həyata keçirilməsinin regiondan kənar oyunçuların, ilk növbədə ABŞ və Avropa Ittifaqını cəlb etmək üçün səylərin yox, Ermənistan-Azərbaycan normallaşmasının ən etibarlı yol lduğunu anlayacaqlar. ABŞ və Aİ-nin fəaliyyəti normallaşmaya kömək etmək deyil, bu prosesdən Rusiya Federasiyasını sıxışdırmaq, Cənubi Qafqazda yaranmış güc balansını sındırmaq və beləliklə, Rusiya Federasiyası ilə qonşuluqda daha bir qeyri-sabitlik ocağı yaratmaq məqsədi daşıyır", - RF xarici işlər nazirinin müavini əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət