Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir. Bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.
Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla (“fake news”) bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur.
SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur.
Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır.
SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim olunur.
Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir. Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib.
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik.
Eyni zamanda, vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları press@socar.az ünvanına göndərmələri xahiş olunur.
Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əsas yaradır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət