Amerika Birləşmiş Ştatları 2032-ci ilə qədər ən azı 64 ədəd B-21 Raider strateji stels-bombardmançı təyyarə istehsal etməyi planlaşdırır. Bu barədə “Air And Space Forces” nəşri xəbər verir.
Onlar eyni sayda B-1B və B-2 strateji bombardmançı təyyarələr ilə əvəz olunmalıdır. Nəşr Pentaqonun məlumatına istinadən xəbər verir ki, hər il səkkiz ədəd altıncı nəsil təyyarənin istehsal olunacağı ehtimal edilir.
Yanvar ayında ABŞ müdafiə nazirinin satınalmalar və təminat üzrə müavini Uilyam LaPlante məlumat verib ki, Pentaqon «Northrop Grumman» korporasiyası ilə ilk «B-21 Raider» partiyasının istehsalına dair müqavilə bağlayıb. Müqavilənin təfərrüatları, təyyarələrin sayı və buraxılış müddəti açıqlanmır.
ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı artıq 2025-ci ildə həm adi, həm də nüvə sursatı daşıya bilən ilk B-21 Raider əldə etməyi nəzərdə tutur.
“Northrop Grumman” korporasiyası tərəfindən yaradılan B-21 təyyarənin hər birnin dəyəri $772 milyon təşkil edir. ABŞ HHQ 100-dən çox belə bombardmançı təyyarə əldə etmək istəyir.
B-21 Raider əhəmiyyətli dərəcədə bomba yükünə və gözə çarpmamaq kimi xüsusiyyətlərə malikdir. B-21-in detallı texniki xüsusiyyətləri məxfi saxlanılır.
İlk B-21 Raider eskadrilyası Cənubi Dakota ştatının Elsuort aviabazasında yerləşdiriləcək. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət