Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin (Zəngəzur - İF) açılması məsələsi ilə bağlı danışıqları ləngidir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov“İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Bu mövzu (Zəngəzur dəhlizi – İF) Azərbaycan tərəfi üçün çox vacibdir. Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektrik enerjisi ilə təchizatı dayandırılıb. Ona görə də Azərbaycan üçün marşrutun (Ermənistan ərazisində təxminən 46 km-dir - İF) təhlükəsizliyi mücərrəd mövzu deyil”, - deyə o bildirib.
Səfir qeyd edib ki, Rusiya Ermənistan ərazisindən keçən marşrutu öz vəsaiti hesabına yetərincə tez bərpa etməyə hazır idi. “Bu marşrutda tunellər və fikrimcə, körpü də var. Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir. (...) Nəticədə ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada marşrutun uzunluğu bir az çoxdur – 60 km-dən bir qədər çox, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi”, - deyə Yevdokimov əlavə edib.
O qeyd edib ki, bu marşrut Rusiyadan yüklərin Azərbaycan və İran ərazisi ilə Türkiyəyə də çatdırılmasına imkan verəcək.
“İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili yol nəzərdə tutulub – Avropa və sovet. Müvafiq olaraq Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”, - deyə səfir vurğulayıb.
Diplomat əlavə edib ki, Moskva dəmir yolu sahəsində Bakı ilə fəal əməkdaşlıq etməyi planlaşdırır, xüsusilə 2024-cü ildə Şimal-Cənub nəqliyyat dəhlizinin dəmir yolu hissəsinin ötürmə qabiliyyətinin artırılması məsələsi həll olunacaq.
Onun sözlərinə görə, dəniz yolu ilə nəqlin siyasi, iqtisadi və digər səbəblərdən kifayət qədər çətinləşdiyi indiki şəraitdə dəmir yolu ən səmərəli və iqtisadi cəhətdən əlverişli nəqliyyat növüdür.
Rusiya və Azərbaycan arasında əməkdaşlığa toxunan Yevdokimov bildirib ki, Xəzərdə gəmilərin tikintisi sahəsində əməkdaşlıq məsələsi müzakirə edilir, bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihə həyata keçirilir.
“Artıq burada “KAMAZ”ın servis mərkəzi açılıb. Bakının Baş planında tramvaylardan istifadə olunması nəzərdə tutulduğu üçün elektrobus, tramvaylarla bağlı başqa layihələr var. Azərbaycan Prezidentinin bu cür layihələrlə bağlı qarşıya qoyduğu tapşırıq təkcə Rusiyadan hansısa sənaye məhsulunun və ya indiki halda nəqliyyat vasitələrinin alınması deyil, həm də Azərbaycanda quraşdırma, lokallaşdırma və xidmətin təşkilidir. Bu, ölkələr arasında dərin sənaye əməkdaşlığıdır”, - deyə Rusiya səfiri qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət