2023-cü ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 6 milyard 393 milyon 211,7 min manat (cari məzənnə ilə təxminən $3,8 milyard) investisiya yatırılıb ki, bu da 2022-ci ilin göstəricisindən 55,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 2 milyard 438 milyon 21,4 min manat (2023-cü ildə Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 12%-i) təşkil edib ki, bunun da 2 milyard 362 milyon 675,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. 2023-cü ildə Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci illə müqayisədə 29,2%, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 27,8% artıb.
Ən çox investisiya - 677 milyon 174,2 min manat (Qarabağ üzrə bütün investisiyaların 27,8%-i) Füzuli rayonuna yatırılıb. Şuşa rayonu üzrə investisiyalar 623 milyon 158,3 min manat, Ağdam rayonu üzrə 568 milyon 374,3 min manat təşkil edib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 3 milyard 955 milyon 190,3 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 19,5%-i) yönəldilib ki, bunun da 3 milyard 749 milyon 665,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2022-ci illə müqayisədə hər iki göstərici müvafiq olaraq 78,2% və 73,3% artıb.
2023-cü ildə kapital qoyuluşunun əsas hissəsi - 1 milyard 563 milyon 743 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 39,5%-i) Laçın rayonunun payına düşüb. Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 879 milyon 512,2 min manat, Cəbrayıl rayonu üzrə 639 milyon 253,5 min manat məbləğində olub.
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296 milyon 571,2 manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8% çox vəsait yönəldilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət