AzerTelecom şirkətinin Baş direktoru Ana Nakaşidze ötən həftə Dubayda (BƏƏ) keçirilmiş Capacity Middle East tədbirində panel müzakirəsində çıxış edib. “Mövcud marşrutların diversifikasiyası Yaxın Şərqin internet kabel xəritəsini dəyişirmi?” mövzusunda keçirilmiş müzakirələrdə telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Panel müzakirəsi zamanı xüsusilə süni intellektin inkişafı və rabitə texnologiyalarının sürətli yayılması, eləcə də internet resurslarından asılılığın güclənməsi fonunda marşrutların şaxələndirilməsinə artan tələbat və beynəlxalq bağlantı xidmətlərinin davamlılığı məsələləri müzakirə edilib.
“Qlobal və regional şəraitin, eləcə də yeni texnologiyaların internetin yayılması coğrafiyasına təsir etməsi səbəbindən, Yaxın Şərq və qonşu region ölkələri bağlantı xidmətləri üçün yeni dəhlizlər və coğrafi imkanları axtarırlar. Cənubi Qafqaz və ya Orta dəhliz Yaxın Şərq üçün bağlantı xidmətlərinin təmini istiqamətində əvvəlki dövrlə müqayisədə daha önəmli və aktual marşruta çevrilir. Sözügedən regionda yeni, irimiqyaslı layihələrin həyata keçirilməsi bu marşrutun səmərəliliyinin artırılmasına və daha cəlbedici olmasına təsir göstərəcək”, — deyə Ana Nakaşidze vurğulayıb.
Capacity Middle East Yaxın Şərq və ətraf regionlardan 2600-dən çox İKT sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri cəlb edən əhəmiyyətli qlobal tədbirlərindən biridir. Tədbir telekommunikasiya operatorları, bulud texnologiyaları, kontent, proqram təminatları, məlumat mərkəzləri və digər sahələrin nümayəndələrini bir araya gətirir.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət