Nazirlər Kabineti fevralın 20-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Nizamnaməsi və strukturunu təsdiq edib.
Sənədə əsasən, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin nizamnamə kapitalı 500 milyon manat (cari məzənnə ilə $294,1 milyon) təşkil edir, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Holdinq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Holdinqin Müşahidə Şurasının tərkibi 3 üzvdən – Müşahidə Şurasının sədri və 2 üzvdən ibarətdir.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.
Holdinqin strukturuna “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi və təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir.
Prezident İlham Əliyev 2023-cü il sentyabrın 7-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradılması” haqqında fərman imzalayıb. Holdinq silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirir.
Holdinqin yaradılmasında məqsəd Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunmasıdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət