Hesablama Palatasının İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyində həyata keçirdiyi audit nəticəsində nöqsanlar aşkar edilib.
Audit həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinə qədər həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.
Palatanın saytındakı məlumata əsasən, audit aşkar edib ki, dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.
Bundan başqa, aşkar olunub ki, satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməmiş, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 milyon manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyıb.
Həmçinin, dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.
O cümlədən,bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olub ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.
Hesablama Palatası qeyd edir ki, xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaratıb. “İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib”, - Palata qeyd edir.
Bundan başqa, tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət