2023-cü ilin sonuna Azərbayucanda dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 24% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkzi Bankdan məlumat verilib.
«1 yanvar 2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləmişdir. 2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artmışdır”, - AMB-dən vurğulanıb.
2023-cü ilin sonuna emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 milyon ədəd) debet kartlar, 13%-ni (2.2 milyon ədəd) isə kredit kartları təşkil etmişdir.
“2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 milyard manat olmuşdur”, - AMB-dən qeyd edilib.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olmuşdur.
AMB-nin məlumatına görə, 2023-cü ildə elektron ticarət əməliyyatlarının sayı 2.2 dəfə artaraq 563.4 milyon ədəd, həcmi isə 2.1 dəfə artaraq 39.2 milyard manat olmuşdur
Təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2.1 dəfə artaraq 416.6 milyon ədəd, həcmi isə 68.5% artaraq 9.8 milyard manat olmuşdur
2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2.2 dəfə artaraq 401.1 milyon ədəd, həcmi isə 82.5% artaraq 8.9 milyard manat olmuşdur. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət