XIII Rusiya-Azərbaycan Regionlararası Forumu 2025-ci ildə Azərbaycanın regionlarından birinci keçiriləcək.
Fevralın 28-də Stavropol diyarında XII Rusiya-Azərbaycan Regionlararası Forumu başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” RF İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir.
Forumun işgüzar proqramında 21 Rusiya və 5 Azərbaycan regionundan - iki ölkənin 700-dən çox biznes, ictimai təşkilat və hökumət orqanlarının nümayəndələri iştirak edib.
Forum çərçivəsində ikitərəfli əməkdaşlığın aktual mövzuları üzrə plenar iclas, dörd dəyirmi masa - kənd təsərrüfatı, ticarət, ekologiya və sənaye sektorunda yüksək texnologiyalar sahəsində, həmçinin biznes nümayəndələri və hökumiət orqanları üçün Azərbaycan və Rusiya Federasiyasının kiçik və orta biznes subyektlərinin kooperasiya potensialına həsr olunmuş işgüzar sessiya keçirilib.
2023-cü ilin yekunları üzrə Azərbaycanla RF arasında ticarət dövriyyəsi $4 milyonu keçib.
Ticarət dövriyyəsi say ifadəsində 30% - 6,7 milyon tonadək artıb, bunun 5,5 milyon tonu (artım 33%) Azərbaycana tədarükün, 1,2 milyon tonu (artım 17,7%) RF-yə tədarükün paylna düşüb.
Forumun yekunlarını şərh edən iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib ki, ticarətdə belə yüksək nəticələr, o cümlədən Rusiya-Azərbaycan dövlət sərhəddində keçid məntəqələrinin yenidən qurulması, onların ötürmə qabiliyyətinin artırılması və «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, eləcə də elektron ticarənin inkişafı sayəsində əldə olunub.
"2023-cü ilin nəticələrinə görə tədarükümüzün əsasını mineral məhsullar (30,5%), ikinci yerdə məhsullar və kənd təsərrüfatı xammalı (25,6%), həmçinin metallar (15,5%) təşkil edib. İdxalımıza gəldikdə, biz ərzaq məhsulları və kənd təsərrüfatı xammalı (61,6%), plastmaslar (26,4%), mineral məhsullar (4%) alırıq", - nazir müavini vurğulayıb.
Volvaç, həmçinin 2024-cü ilin noyabrında Bakıda BMT Iqlim Konfransının (COP-29) keçiriləcəyini nəzərə alaraq, bu gün Azərbaycanla iqlim sahəsində əməkdaşlığın böyük maraq doğurduğunu vurğulayıb. «Bu mövzuya maraq artır və Rusiya bu istiqamətdə səmərəli işlərə ümid edir», - nazirlik vurğulayır. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət