Roma Papası Fransisk Ukraynanın ağ bayraq qaldırmalı və Rusiya ilə danışıqlar aparmalı olmasını deyərkən, Kiyevin kapitulyasiyasını nəzərdə tutmayıb. Bu barədə “Vatican News” Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruniyə istinadla yazıb.
Bruni qeyd edib ki, “ağ bayraq” terminini müsahibə alan işlədib, Papa isə bu termini danışıqlar yolu ilə əldə edilən barışığı ifadə etmək üçün istifadə edib. Müsahibənin digər yerində Papa Fransisk vurğulayıb: “Danışıqlar heç vaxt kapitulyasiya demək deyil”.
Roma Papası ilə müsahibə martın 9-da dərc olunub. Müsahibədə pontifik bildirib ki, Ukrayna münaqişəsində məğlub olan tərəf özündə cəsarət taparaq bunu etiraf etməli və sülh danışıqlarına razı olmalıdır. O, həmçinin “güclü tərəf ağ bayraq qaldırmağa cəsarəti olandır” ifadəsini işlədib. Para Fransisk hesab edir ki, hazırda bir çox dövlət, o cümlədən Türkiyə Ukrayna münaqişəsində vasitəçi olmağa hazırdır.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət