Qlobal maliyyə xidmətləri şirkəti olan “Bank of New York Mellon”un (BNY Mellon) yüksək vəzifəli əməkdaşlarından ibarət geniş nümayəndə heyəti “Bank Respublika”nı ziyarət edib.
“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə keçirilən görüşdə tərəflər BNY Mellon-un ölkəmizin qlobal maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsindəki rolundan, eləcə də Bank Respublika ilə əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, Bank Respublika ölkə bankları arasında qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək BNY Mellon-da ABŞ dolları ilə müxbir hesabı açmağa müvəffəq olmuş ilk banklardan biridir. BNY Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar bazarında Banka olan yüksək etimadın növbəti göstəricisidir.
Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradır.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət