Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, cümə günü Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında görüşdə əldə olunan razılaşmalar üç ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək.
"Görüş açıq keçirilib və məhsuldar olub. Ümumilikdə, üçtərəfli görüşün gündəliyi çox genişdir, biz tərəflər arasında böyük dialoqun şahidiyik. Görüş münasibətlərin möhkəmləndirilməsinə yönəlib və əməkdaşlığın genişləndirilməsinə əlavə təkan verəcək", - Bayramov görüşün nəticələrinə dair brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirlər görüşdə üç ölkə arasında, o cümlədən enerji, nəqliyyat sahəsində iqtisadi əməkdaşlığı müzakirə ediblər, habelə regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.
"Enerji, bərpaolunan enerji sahələrində əməkdaşlıqda böyük perspektivlər var. Biz tezliklə nəqliyyat dəhlizlərinin coğrafiyasını genişləndirə bilərik. COP29-un Azərbaycanda keçirilməsi (2024-cü ilin noyabrında - İF) əməkdaşlıq üçün əlavə imkanlar yaradır", - Bayramov əlavə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində üçtərəfli formatda görüşün «əməkdaşlığın və münasibətlərin inkişafı üçün unikal platforma» olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda əməkdaşlıq üçün yeni perspektivlər yaradır. "Biz regionda stabil sülhü müzakirə etdik, enerji, nəqliyyat sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün bir şans yarandı. Biz Ukraynadakı vəziyyəti, Qara dəniz bölgəsindəki təhlükəsizliyi də müzakirə etdik", - o bildirib.
Fidan əlavə edib ki, Türkiyə Zəngəzur dəhlizinin yaradılması layihəsini dəstəkləyir.
Onun sözlərinə görə, Türkiyə həmçinin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
Qəzza zolağındakı vəziyyətə toxunan Fidan «hərbi əməliyyatların dərhal dayandırılmasının və xəsarət alanlara humanitar yardım göstərilməsinin vacibliyini» qeyd edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət