NEQSOL Holding öz əməkdaşlarının təlim kurslarına çıxışını təmin etmək məqsədilə “Udemy Business” ilə tərəfdaşlığa başlayıb. Holdinqin rəqəmsal təlim və ünsiyyət platforması olan NEQSOL Academy onlayn “Udemy Business” platformasında ekspertlərin təklif etdiyi 25,000-dən çox təlim kursuna korporativ çıxış təmin edəcək. Biznesdən dizayna, informasiya texnologiyalarından musiqiyə, sağlamlıqdan fərdi inkişafa qədər kateqoriyalarda “Udemy” karyera yüksəlişinə, fərdi və peşəkar inkişafa kömək edən unikal inkişaf imkanları təklif edir.
NEQSOL Academy 6 dildə müxtəlif təlim mövzuları təklif edərək NEQSOL Holding-in müxtəlif ölkələrdə çalışan 10,000-dən çox işçisinə bütün rəqəmsal təlim fəaliyyətini vahid mənbədən idarə etmək imkanı yaradır.
NEQSOL Holding “LinkedIn” ilə əməkdaşlıq edərək öz əməkdaşlarına 16,000-dən çox onlayn kursdan istifadə etmək və PMI, ISACA, ORACLE, SHRM və Six Sigma kimi peşəkar sertifikatlaşma imkanları əldə etmək üçün şərait yaradır. 2023-cü ildə NEQSOL Holding qlobal səviyyədə tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı “O`Reilly” ilə tərəfdaşlığa başladı. Tərəfdaşlıq çərçivəsində NEQSOL Holding-in əməkdaşları “O`Reilly”-nin proqram təminatının hazırlanması, verilənlərin təhlili və liderlik kimi müxtəlif mövzuları əhatə edən 50,000-dən çox elektron kitab, video və onlayn kurslardan ibarət geniş kitabxanasına çıxış əldə etmişdir.
NEQSOL Academy-nin təlim portfelinə Harvard Biznes Məktəbi və Massaçusets Texnologiya İnstitutunun Sloan Məktəbinin yüksək səviyyəli təlim resursları da daxildir. Bundan əlavə Akademiya “Crossknowledge”, “RBL Group” və “Skillsoft” ilə də oxşar tərəfdaşlıqlar qurmuşdur.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət