Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olan AccessBank, qürurla Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulduğunu elan edir.
BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaf fəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlar arasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş ən böyük beynəlxalq təşəbbüsdür.
AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişaf məqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin - ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqi deməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank, insan hüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşı mübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləmək öhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişaf məqsədini həyata keçirməyi də öhdəlik olaraq qəbul edir.
BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlarda və biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləməyə və qorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitini təmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdə korrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək.
“BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, bu prinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləri daha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimiz və bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkan verəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobal hərəkatın bir hissəsi olmaqdan qürur duyuruq”, - AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət