Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, Masallı şəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialının açılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyə inklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davam etdirir. Bu genişlənmə AccessBank-ın ölkə daxilində, xüsusən də cənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərmək missiyasında mühüm addımdır.
Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətinin genişləndirilməsinin və keyfiyyətli bank xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasına uyğundur.
“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bank xidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasının prioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləri peşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank 2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisini açır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı. Biz il ərzində müxtəlif regionlarda filiallar açmağı planlaşdırırıq”, - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Masallı filialının açılması AccessBank-ın yerli əhaliyə keyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm də ölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və orta sahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Strateji regional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşma vasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin və davamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildənkiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə(Facebook,Instagram,LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət