Azərbaycanda İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən Azerconnect Group və dünyanın aparıcı telekommunikasiya şirkəti Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Tərəfdaşlıq müqaviləsi Azerconnect Group-un rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzi, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələr üzrə təkmilləşdirmə işlərini sürətləndirəcək. Vodafone ilə tərəfdaşlıq Azerconnect Group-a biznesin səmərəliliyini daha da artırmaq və əlavə dəyər yaratmaq imkanı verəcək.
Azerconnect Group-un Baş direktoru Emil Məsimov bildirib:
"Azerconnect Group Azərbaycanda uğurlu fəaliyyət tarixi olan ən böyük İKT şirkətidir. Bu tərəfdaşlıq sayəsində biz Vodafone-un zəngin qlobal telekommunikasiya təcrübəsindən faydalana bilərik. Hesab edirəm ki, bu tərəfdaşlıq ölkəmizin İKT sektorunun dayanıqlı inkişafına ciddi təkan verəcək”.
Vodafone-un Tərəfdaş Bazarları üzrə Baş İcraçı direktoru Petr Dvorjak əlavə edib:
“Azerconnect Group innovativ şirkətdir və Azərbaycan bazarında liderdir. Tərəfdaşlıq çərçivəsində, telekommunikasiya və biznes texnologiyaları sahələri üzrə təcrübəmizi bölüşmək və müştərilərə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində işlərə başlamağı səbirsizliklə gözləyirik”.
Azerconnect Group haqqında
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Vodafone Group haqqında
Vodafone Avropa və Afrikanın aparıcı telekommunikasiya şirkətidir. Biz 15 ölkədə 330 milyondan çox müştəriyə mobil və sabit şəbəkə xidmətləri təqdim edirik, (Vodafone Group-un dayandırılmış əməliyyatı kimi hesab olunan Italiya istisna olmaqla) daha 44 ölkədə isə mobil şəbəkələrlə əməkdaşlıq edirik. Biz həmçinin dünyanın ən böyük IoT platformalarından birinə malikik. Afrika qitəsində bizim maliyyə texnologiyaları müəssisələrimiz hazırda 7 ölkədə 79 milyondan çox müştəriyə xidmət göstərir, bu da digər provayderin əməliyyatlarından daha çoxdur.
Bizim məqsədimiz daha yaxşı gələcəyə bağlanmaq üçün texnologiya vasitəsilə həyatları, biznesləri yaxşılaşdırmaq və inklüziv dayanıqlı cəmiyyətlərin tərəqqisinə kömək etməkdir. Ətraf mühitə təsirimizi azaltmaq üçün 2040-cı ilə qədər xalis sıfır emissiya hədəfinə sadiq qalırıq.
Əlavə məlumat üçün www.vodafone.com saytına daxil olun, X @VodafoneGroup ünvanında bizi izləyin və ya www.linkedin.com/company/vodafone ünvanında LinkedIn-də bizimlə əlaqə saxlayın.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət