Son illər Azərbaycan və ABŞ arasında əməkdaşlıq daha da genişlənib. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ABŞ senatının aparat rəhbərləri ilə görüşdə bildirib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Nazir müavini vurğulayıb ki, ABŞ Azərbaycanın strateji tərəfdaşdır. Bütün sahələrdə, o cümlədən İKT sahəsində uğurlu əməkdaşlıq müşahidə edilir. ABŞ şirkətləri ölkəmizdə İT sahəsində həyata keçirilən layihələrdə fəal iştirak edir”, - deyə İ.Məmmədov qeyd edib.
O, bu layihələrdə ABŞ təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Amerikalı senatorlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.
Sonra “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismar işlərinin aparılması məqsədilə yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Cəmiyyətin funksiyaları peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılmasından ibarətdir.
İlk Azərbaycan peyki olan AzerSat 2012-ci ilin sonunda buraxılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət