Vergilər Nazirliyi əmək münasibətlərində vergi nəzarətini gücləndirəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Vergilər Nazirliyi əmək münasibətlərində vergi məsələlərini nizamlamaq üçün xüsusi qərargah yaradıb. Qəragah rəhbəri, 250 ən iri vergi ödəyicilərinin nümayəndələri ilə görüş keçirən vergilər nazirinin birinci müavini Natiq Əmirov təyin olunub.
“Bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əməkdaşlarla əmək müqavilələri bağlamır, o cümlədən əməkdaşların əmək haqqlarının məbləğini azaldır”, - deyə N.Əmirov vurğulayıb.
Nazir müavini əlavə edib ki, bəzi müəssisələrdə direktor, mühasib, menecerin əmək haqqının sıravi əməkdaşın əmək haqqısına analoji qeyd olunduğu hallara rast gəlinir.
“Qeyd olunan hallar əmək münasibətlərində vargi nəzarətinin güclənməsini zəruri edir. Bundan başqa, gəlir vergisi üzrə vergi qoyma bazasının leqallaşdırılmasına dair vergi orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bu sahədə vergi nəzarətinin gücləndirilməsi məqsədilə Vergilər Nazirliyi kompleks tədbirlərin keçirilməsini planlaşdırır”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, sahibkarlara Əmək Məcəlləsinə əsasən əməkdaşlarla əmək müqavilələri bağlamağın vacibliyi, əmək haqqını real orta əmək haqqı ilə müvafiq olaraq təyin etmək barədə tövsiyyələr verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət