Yaponiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya imkanlarını öyrənirlər. Bu barədə Azərbaycan İqtisadsi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, bazar ertəsi Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Yaponiyanın aparıcı şirkətlərinin nümayəndələrinin görüşü keçirilib.
"Kosugi" şirkətinin prezidenti Saka Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyətinə Tokio ticarət- sənaye palatasına üzv olan və qida sənayesi, qida texnologiyaları, metallurgiya, həmçinin balıqçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri daxil idi.
Görüşdə Azərbaycan tərəfi respublikada əlverişli biznes və investisiya mühiti, eləcə də xarici investisiyalar üçün “açıq qapı” siyasəti barədə məlumat təqdim edib.
Həmçinin, Azərbaycanın bir sıra böyük layihələrin reallaşmasında iştirak etməsi və respublikanın investisiya ixracatçısı olması da qeyd olunub.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət