“Azərsu” Açıq Səhmdar Cəmiyyəti çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin tamamilə yenidən qurulması layihəsinə başlayıb. Bu barədə ASC-dən məlumat verilib.
“2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ərazisində həyata keçirilmiş pilot layihələrin müsbət nəticələri əsas götürülərək yeni layihələrin icrasına start verilib. Layihələr çərçivəsində ilkin mərhələdə Bakı şəhərinin rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərində 787 binanın su təchizatı sistemlərinin yenidən qurulması nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, ASC-nin məlumatına görə, qeyd olunan işlər 100-dən çox binada artıq başa çatdırılıb, 400 binada isə davam etdirilir.
“Ümumilikdə bu layihə 60 minə yaxın mənzili əhatə edəcək. Layihə çərçivəsində həmin binalarda yaşayan əhalini içməli su ilə təmin edən və uzun müddətdir istismarda olan metal borulardan ibarət magistral xətlər polietilen borularla əvəz olunacaq. Zirzəmilərdə yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılacaq”, - deyə məlumatda qeyd olunur.
Layihədə hər bir abunəçinin üçün pilləkən qəfəslərində quraşdırılacaq ön ödənişli smart-kart sayğacların təmin olunması nəzərdə tutulur. Sayğacların quraşdırılması əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir. Qeyri-əhali istehlakçıları isə sayğacların dəyərini ödəməlidir.
Bundan başqa, yanğından mühafizəni asanlaşdırmaq üçün binalarına qarşısında yanğın hidrantları quraşdırılacaq.
“Bu işlərin reallaşdırılması artıq müsbət nəticələrini verib. Belə ki, yenidənqurma işləri nəticəsində binaların zirzəmilərinə su sızmalarının qarşısı tam alınıb, su sərfiyyatı iki dəfə azalıb, itkilər sıfıra düşüb. Smart-kart tipli sayğacların quraşdırılması xidmət haqlarının ödənilməsinin 100% təmin olunmasına imkan yaradıb”, - deyə məlumatda vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət