“SOCAR Georgia Gas” şirkəti (SOCAR-ın törəmə şirkəti, Azərbaycan qazının Gürcüstana tədarükü ilə məşğul olur – İF-Az) 2009-cu ildən 2013-cü ilin 6 ayına qədər olan dövr ərzində Gürcüstanda 166,091 abonenti qazla təmin edib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Qeyd olunan dövr ərzində “SOCAR Georgia Gas” Gürcüstanda 3 min kilometr uzunluğunda qaz xətləri çəkilib”, - deyə məlumatda qeyd olunur.
Çərşənbə günü Gürcüstanın Tianeti bölgəsinin eyni adlı qəsəbəsində “SOCAR Georgia Gas” şirkəti tərəfindən çəkilən qaz kəmərinin birinci hissəsinin açılışı olub. Tianeti qəsəbəsində hazırkı mərhələdə çəkilmiş 11 kilometrlik qaz şəbəkəsi 301 potensial abonentin qaz kəmərinə qoşulmasına imkan verəcək.
“Hazırda Mtsxeta-Tianeti rayonu və Şida Kartli regionunda 496,4 kilometr uzunluğunda qaz şəbəkəsi çəkilib, bu isə 16,5 min abonent qazla təmin etməyə imkan yaradıb. İlin sonuna kimi şəbəkənin 625 kilometr məsafədə uzadılması nəzərdə tutulur ki, bu da daha 20,872 abonentin qazla təchizatı üçün şərait yaradacaq”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, “SOCAR Georgia Gas” şirkəti 2013-cü ildə Gürcüstanın qazlaşdırılması proqramına $40 mln. məbləğində investisiya yatıracaq. Hazırda SOCAR-ın Gürcüstanın qazlaşdırılması proqramına ümumi investisiyaları $136 mln. təşkil edib.
2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti 23 regional qazpaylayıcı şirkətin, eləcə də bir sıra qaz təsərrüfatı və şəbəkələrinin «SOCAR Georgia Gas» MMC-nin idarəçiliyinə verilməsi haqqında müqavilə bağlayıblar.
“SOCAR Georgia Gas” 2012-ci ildə 1430 km uzunluğunda yeni qaz xətləri çəkib, nəticədə 39500 abonent qazla təmin edilib. İndiyədək şirkət tərəfindən çəkilmiş qaz xətlərinin ümumi uzunluğu 2790 km təşkil edir.
Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsüdür. Qaz tədarükü SOCAR-ın yataqlarından hasil edilən qaz həcmlərindən həyata keçirilir. Bundan başqa, Gürcüstan “Şahdəniz” yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə sutkada 1 mln. kubmetr qaz alır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət