Azərbaycanda ilk pilot taxılçılıq təsərrüfatında taxıl yığımının həcmi 10,3 min ton təşkil edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Özəl taxılçılıq təsərrüfatı Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılıb.
Təsərrüfatın ərazisində 1875 hektar sahədə əkilmiş payızlıq ərzaq buğdasının biçini tam başa çatdırılıb və hər hektardan 55 sentner olmaqla ümumilikdə 10,3 min tona yaxın yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Yaxın günlərdə günəbaxan və soya sahələrində məhsul yığımına və qarğıdalı biçininə başlanılacaq”,- deyə məlumatda bildirilir.
Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir ki, bunun da 17,6 milyon manatı sahibkarın vəsaiti hesabına, 10 milyon manatı isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına həyata keçirilir.
Hazırda təsərrüfatın nəzdində müasir taxıl anbarı kompleksi və özəl “Aqroservis”in tikintisi başa çatdırılıb. Bundan əlavə, həyata keçirilən layihə çərçivəsində əlavə 1000 başlıq müasir heyvandarlıq kompleksinin, qabaqcıl texnologiyalara əsaslanan bitki yağları istehsalı zavodunun inşa olunması nəzərdə tutulur.
Özəl Pilot Taxılçılıq Təsərrüfatında 400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda təsərrüfatda 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub ki, onların da orta aylıq əmək haqqı 350 manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət