“Azərkosmos” ASC “Azerispace-2” telekommunikasiya peyki üçün avadanlığın alınması məqsədilə tender keçirir. Bu barədə ASC-nin elanında bildirilir.
Tenderdə zəruri texniki, maliyyə, kadr resurslarına və təcrübəyə malik şirkətlər iştirak edə bilərlər.
Müqavilənin yerinə yetirilmə müddəti 2017-ci ilin sonuna qədərdir. Tenderin şərtlərinə əsasən, “Azerispace-2” peykini 2017-ci ilin sonuna qədər kosmodromdan havaya qaldırmaq üçün tam hazırlıq vəziyyətinə gətirmək məqsədi ilə yerüstü avadanlığın quraşdırılması ən geci 2017-ci ildə başa çatdırılmalıdır.
Tenderdə iştirak haqqı $20 min təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2015-ci il aprelin 22-nə qədər təklif dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini təqdim etməlidirlər. Tender proseduru aprelin 23-də baş tutacaq.
Xəbər verildiyi kimi, “Azerspace-2” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılıb.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət