Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Hər evə optika” layihəsini reallaşdırmağa başlayıb. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib.
“Hazırda Bakı, rayon mərkəzləri və ölkənin kəndlərinin 50%-i fiberoptik şəbəkə ilə təmin edilib. Söhbət qalan 50% kənddən, onların mövcud ümumi fiberoptik şəbəkəyə qoşulmasından gedir ki, biz bunu bu il həyata keçirməyi planlaşdırırıq”,- deyə E.Vəlizadə qeyd edib.
Onun sözlərinə görə, bu layihə üçün ilk maliyyə vəsaiti artıq tapılıb.
“Xəbər verildiyi kimi, “Hər evə optika” layihəsinin Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi planlaşdırılırdı. Lakin bu il layihənin həyata keçirilməsi üçün digər maliyyə resurslarının axtarılmasına qərar verildi. İlkin maliyyə vəsaiti $15 mln. məbləğində kredit şəklində cəlb olunub”, - deyə E.Vəlizadə bildirib.
Bununla yanaşı, o, kredit vəsaitlərinin kimdən cəlb olunduğu barədə dəqiq məlumat verməyib.
Onun sözlərinə görə, layihə üçün əlavə vəsaitin cəlb olunması üzrə işlər davam etdirilir. “Bu məsələ ilə bağlı beynəlxalq maliyyə strukturları və böyük şirkətlərlə danışıqlar davam etdirilir. Bir sıra iri şirkətlər layihəyə maraq göstərir, onun həyata keçirilməsi üçün kreditin ayrılması məsələsini nəzərdən keçirirlər. Ümumilikdə layihənin iqtisadi cəhətdən səmərəliliyi nəzərə alınmaqla, danışıqların müsbət nəticə verəcəyinə şübhə etmirik”, - deyə nazir müavini əlavə edib.
Xəbər verildiyi kimi, “Hər evə optika” layihəsinin Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi planlaşdırılırdı. Layihə ucqar regionlar da daxil olmaqla, ölkədə genişzolaqlı internetin (ADSL) inkişafına yönəlmişdi. Layihənin son məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
N.Abbasova
Əliyev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir
Azərbaycan Tehrandakı səfirliyin əməkdaşlarının bazar günü təxliyəsini planlaşdırır
FHN: İranda baş vermis zəlzələ Naxçıvanda hiss olunub, dağıntı və tələfat yoxdur
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir