Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar tədbir keçirilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Beynəlxalq Tələbə Gənclər Həftəsi ölkəmizdə 1996-cı ildən qeyd edilir”,- deyə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Hakverdiyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri dünyanın gənclik təşkilatlarına inteqrasiya etməklə ölkəmiz barədə həqiqətləri dünya birliyinə çatdırmaq imkanı əldə edir, eyni zamanda bu təşkilatların əldə etdikləri uğurlarla tanış olurlar.
O qeyd edib ki, gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. “Naxçıvan MR-də gənclərin ölkənin ictimai siyasi, iqtisadi və mədəni həyatındakı rolunu fəallaşdirılması, eləcə də gənclərin sosial problemlərinin həlli və hüquqlarının qorunması , gənc istedadların aşkarlanması , gənclərin dövlət idarəçiliyi sahəsində irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi yönündə ardicil tədbirlər görülür”,- deyə o qeyd edib.
O qeyd edib ki, Naxçıvan MR Ali Məclisinin sədri yanında Gənclər Fondu yaradılıb, gənc istedadların “Qızıl kitabı” təsis edilib, gənclərin hərtərəfli inkişafı, və asudə vaxtının səmərli təşkili üçün müxtəlif layihələr həyata keçirilir.
Daha sonra Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir tələbə musiqi kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.
Q. Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət