Bu gün minlərlə Bakı sakini ötən həftə “Günəşli” yatağında baş vermiş faciənin qurbanlarını yad etmək üçün Dənizkənarı Milli Parkda toplaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Sosial şəbəkələr vasitəsi ilə bir araya gəlmiş aksiya iştirakçıları ölən və itkin düşən dənziçiləri yad etmək üçün özləri ilə gətirdikləri qərənfilləri dənizə atıblar.
Aksiya iştirakçılarının çoxu gənclərdir. Hadisə yerinə insanlar toplaşmaqda davam edir.
“Aksiya axşama qədər davam edəcək. Hazırda 3 minə yaxın insan aksiyada iştirak edir”,- deyə tədbirin təşkilatçısı Hüseyn İbadlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrin 150 min nəfərə yaxın iştirakçısına aksiyada iştirak etmək üçün dəvət göndərilib.
“Bu tədbir zərəçəkənlərə və həlak olanların ailələrinə mənəvi dəstək vermək məqsədi ilə həyata keçirilir”,- deyə H.İbadlı bildirib.
Xəbər verildiyi kimi, cümə günü saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. Təxliyə əməliyyatları “Vixr-9”, “Topaz” yanğınsöndürmə gəmiləri, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” gəmisi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
Komissiyanın sədri, baş nazir Artur Rasizadə fövqəladə hallar naziri, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi və SOCAR prezidentinin qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşənlərin axtarışı istiqamətində görülən işlər barədə hesabatlarını dinləyib.
A.Rasizadə idarə rəhbərlərinə qəzanın nəticələrinin aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi haqqında müvafiq göstərişlər verib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət