2016-cı il iyunun 19-da keçiriləcək “Avropa Qran Pri Bakı” (Formula 1, Grand Prix of Europe) yarışlarının biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
“Bu gün biz Bakıda dünyanın ən böyük idman yarışlarından birinin qəbul edilməsi prosesində fövqəladə və müsbət məqamlardan birini qeyd edirik. Əminəm ki, “Formula-1” və Bakı ideal ahəng təşkil edir, mən bütün azarkeşləri bu gözəl şəhərdə 2016-cı ildə keçiriləcək “Formula-1 Avropa Qran Pri Bakı” yarışlarına baxmağa və bu hissi yaşamağa dəvət edirəm. Biz qlobal F1 ailəsini gələn ilin iyun ayında Azərbaycanda salamlamaq imkanını səbirsizliklə gözləyirik”, - deyə A.Rəhimov qeyd edib.
Onun sözlərinə görə, “Formula-1” yarışlarının Bakı mərhələsinə 30 min bilet satılacaq.
“Biletlərin qiyməti 19 manatdan 620 manata qədər olacaq. Orta qiymət 100-200 manat təşkil edəcək. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşlarına biletlərin qiymətində 40% güzəşt tətbiq ediləcək”, - deyə A.Rəhimov qeyd edib.
Nazir deyib ki, “F1” yarışlarının keçirilməsi üçün paytaxt yollarının təmirinə 12 mln. manat xərc çəkiləcək.
“Bu vəsaitlər yollarda asfalt örtüyünün dəyişdirilməsi üçün nəzərdə tutulub. Hazırda yarışlara hazırlıq məqsədi ilə 5 mln. manat sərf edilib. Hesab edirəm ki, 3-4 aydan sonra büdcə formalaşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək. Yolların kənarlarına maneələr quraşdırılacaq. Azadlıq meydanında, pit-stop-un yerində tentlər quraşdırılacaq”,- deyə o qeyd edib.
A.Rəhimovun sözlərinə görə, “Formula-1” yarışları 21 mərhələdə keçirilir, bunun dördü şəhər şəraitində keçirilir.
“Bakıda trasın uzunluğu 6 km-dir. Pilotlar “Avropa Qran Pri Bakı” trası üzrə 51 dövrə vuracaqlar. Trasa 20 döngə daxildir. Bolidlər saatda 340 km sürətlə hərəkət edəcəklər, bu, şəhər şəraitində bolidlərin ən yüksək hərəkət sürətidir”, - deyə nazir qeyd edib.
2016-cı il iyunun 17-dən 19-na qədər keçiriləcək yarışların biletləri dekabrın 19-da www.bakucitycircuit.com veb-saytında satışa çıxarılacaq.
Satış proqramı “Son 6 ay” bayram tədbirləri ilə eyni vaxtda başlayacaq. Bayram tədbirlərinə Bakının mərkəzi küçələrində “Formula-1” yarışları ilə əlaqədar təşkil olunan bir sıra əyləncəli tədbirlər daxildir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət