İranın neft sənayesi rəhbərliyi bazar ertəsi sanksiyaların aradan qaldırılmasından sonra xammal ixracı üzrə yaranmış imkandan istifadə etmək məqsədi ilə neft istehsalını gündə 500 min barelə qədər artırmaq barədə göstəriş verib. Bu barədə “Shana” agentliyi məlumat verir.
İranın rəsmi şəxslərinin dəfələrlə bəyan etdiyi kimi, gələcəkdə bir neçə ay ərzində ölkə neft hasilatını gündə 500 min barelə qədər artırmağı planlaşdırır.
“Financial Times”ın xəbər verdiyi kimi, dünən axşama olan məlumata görə, hələ ki, neft yüklənmiş tankerlərdən heç biri İran sahillərindən ayrılmayıb. Bu, Tehran tərəfindən əvvəllər səsləndirilmiş bəyanatları təsdiq edir. Tehran bildirmişdi ki, İran birdən-birə böyük həcmdə neft tədarük edərək dünya neft bazarında qeyri-sabitlik yaratmaq istəmir.
“İran həmçinin neftin qiymətlərinin azalması ilə bağlı ziyanlara dözəcək, İranın üzərindən neft sanksiyaları qaldırıldıqdan sonra ölkə dünya neft bazarına tədricən daxil olacaq”, - deyə İranın Rusiyadakı səfiri Mehdi Sanai “canlı jurnal” səhifəsində bildirib.
Xəbər verildiyi kimi, İran artıq 25 böyük tankerini əvvəllər bazarda sata bilmədiyi ağır neft və kondensatla yükləyib.
“The Wall Street Journal”ın məlumatına görə, “Commerzbank”ın analitikləri hesab edirlər ki, bu il İran neft hasilatını əhəmiyyətli dərəcədə artıra bilməyəcək. Ekspertlər xatırladır ki, Liviya və İraqa xammal istehsalında əvvəlki səviyyəyə qayıtmaq üçün bir il lazım oldu, İranda son illər bu sahəyə investisiya qoyulmaması öz təsirini göstərmiş olacaq.
Dünyada neft ehtiyatlarının həcminin böyüklüyünə görə dördüncü yeri tutan İranın dünya bazarına qayıtmasına ABŞ-ın qüvvədə saxladığı sanksiyalar da mane olur.
Vaşinqtonun terrorçuluq, insan hüquqlarının pozulması, İslam İnqilabı, ballistik raketlərin sınağı və buraxılması ilə əlaqələndirdiyi 200 insan və şirkətin adı hələ də Amerikanın “qara siyahsında” qalmaqdadır, ABŞ İrana texnologiya satışını bu günə qədər qadağan edir.
Baxmayaraq ki, indi beynəlxalq banklara iranlı müştərilərlə işləməyə icazə verilir, iranlı şəxslər üçün dollar əməliyyatlarına məhdudiyyətlər hələ də qüvvədə qalır. ABŞ əvvəlki kimi İran neftinin ABŞ-a tədarükünü qadağan edir.
Avropa bankları sanksiyalar aradan qaldırıldıqdan sonra da İranla yeni biznesə başlayarkən ehtiyat edəcəklər”,- deyə “Financial Times” jurnalı yazır. İri banklar müəyyən zaman ərzində vəziyyətə aydınlıq gətirmək üçün bir kənarda gözləmə mövqeyi tutacaq. Bunu belə banklardan birinin meneceri söyləyib.
Bundan öncəki illərdə dünyanın HSBC, “BNP Paribas”, “Deutsche Bank”, ING kimi böyük bankları İrana qarşı sanksiya rejimini pozduqlarına görə milyardlarla cərimələr ödəyiblər.
“National Iranian Oil Co.” şirkətinin rəhbəri Röknəddin Cavadi bildirib ki, yeni neft müqavilələrinin bağlanması üçün ölkəyə 9 aya qədər vaxt lazım olacaq.
Eyni zamanada, İranın neft bazarına qayıtması xammal qiymətlərinin azalmasında yeni daimi amil olacaq.
Bazar iştirakçılarının fikrincə, Tehrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra bazarda neft təkliflərinin artması, Çin iqtisadiyyatının ləngiməsi tələblə təklif arasındakı disbalansı daha da artıracaq. İran əvvəlki alıcılarını qaytarmaq üçün öz neftinə endirimlər edəcək, ödəmələrə möhlət verəcək.
İranda qurudan çıxarılan neftin maya dəyəri bir barel üçün 10 dollar təşkil edir. Bunu İranın Qazaxıstandakı səfiri MoctabaDamirçilu bildirib.
Son yarım ildə neftin qiymətləri azalmaqdadır, ilin əvvəlindən neft qiymətlərində 20%-dən çox azalma olub.
Sanksiyalar nəticəsində İran neft ixracını sutkada 1 mln. barelə qədər azaldıb. Sanksiyalardan öncə, 2011-ci ildə İranda sutkada 3 mln. barel neft istehsal olunurdu.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət