Azərbaycanda SOCAR-a məxsus Karbamid zavodunun tikinti layihəsinin dəyəri 700-750 mln. avroya qədər ucuzlaşıb. Bu barədə bu gün jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov məlumat verib.
Daha əvvəl verilən məlumata görə, Sumqayıtda yerləşən bu zavod 900-920 mln. avro dəyərində qiymətləndirilirdi.
"Hazırda zavodun tikinti dəyəri vergilər də daxil olmaqla, 700-750 mln. avro məbləğində qiymətləndirilir. Bu, müəssisəni işə salmaq üçün tələb olunan investisiya məbləğidir", - deyə X.Cəfərov bildirib.
Onun sözlərinə görə, bəzi mühəndislik qərarlarının dəyişməsi ilə əlaqədar layihə bir qədər ucuzlaşıb. Amma müəssisənin əsas istehsal parametrləri dəyişməyəcək.
X.Cəfərov vurğulayıb ki, müəssisə işə salındıqdan sonra hazırda kəskin ehtiyacın olmadığı bir sıra işlərin görülməsi planlaşdırılır.
Zavodun direktoru əlavə edib ki, cari ilin oktyabr-noyabr aylarında layihənin maliyyələşdirilməsi üçün 500 mln. avronun cəlb edilməsi ilə bağlı məsələni bağlamaq planlaşdırılır. Xüsusilə gələn həftə bu məsələ ilə bağlı Seulda Cənubi Koreyanın İdxal-İxrac Bankı ilə danışıqlar aparılacaq. Bundan başqa, “Deutsche Bank” və daha iki Avropa bankı ilə vəsaitin cəlb edilməsi haqqında danışıqlar aparılır.
Onun sözlərinə görə, bütovlükdə layihə çərçivəsində işlərin 80%-dən çox hissəsi yerinə yetirilib. Baza və müfəssəl injinirinq tamamilə başa çatıb, avadanlıq tədarükü 96% yekunlaşıb, tikinti işlərinin 40%-dən çoxu yerinə yetirilib. Zavodun tikintisinin 2017-ci ilin sonunda başa çatması və işə salma-sazlama işlərindən sonra SOCAR-a verilməsi planlaşdırılır", - deyə o qeyd edib.
X.Cəfərovun sözlərinə görə, zavodun illik istehsal gücü 650-700 min ton karbamid (gündə 2 min ton) təşkil edəcək. Zavodda xammal kimi təbii qaz istifadə olunacaq. "Qaz ammonium istehsalında istifadə olunacaq. Daha sonra ammoiumdan karbamid istehsal ediləcək. Bu məqsədlə zavodun qaza gündəlik tələbatı 1 mln. kubmetr təşkil edəcək", - deyə müəssisənin direktoru vurğulayıb.
Karbamid zavodunun tikintisi 2017-ci ilin sentyabr-oktyabr aylarında başa çatacaq, bundan sonra işə salma-sazlama işlərinə başlanılacaq. Zavodda azot gübrəsi və karbamid istehsalına 2018-ci ilin əvvəlində başlanması gözlənilir.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Təbii qazla işləyən zavodun sutkalıq istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid təşkil edəcək.
Cənubi Koreyanın “Samsung Engineering” şirkəti ilə zavodun “açar təhvili” şərti ilə layihələndirilməsi, tikintisi və alqı-satqısı haqqında müqavilə imzalanıb. Müqavilə çərçivəsində şirkət tikinti-quraşdırma işləri həyata keçirəcək və işçilər üçün təlimlər təşkil edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət