“Stadler” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-İstanbul beynəlxalq dəmir yolunda istifadə olunacaq yeni yataq tipli sərnişin vaqonunun təqdimatını keçirib. Bu barədə şirkətdən məlumat verilib.
“Bu sifariş şirkətə Azərbaycan bazarına çıxmaq imkanı yaradıb”, - deyə məlumatda deyilir.
2014-cü ilin iyun ayında “Stadler” ADY-dən 30 yataq tipli sərnişin vaqonunun tədarükünə dair sifariş alıb.
“ADY üçün yaradılan vaqonlar həm MDB ölkələrində, həm də Avropanın yollarında istifadə oluna bilər. Türkiyənin yaxınlığında Gürcüstanın Axalkalaki şəhərində Bakı-Tbilisi-Qars-İstanbul beynəlxalq xəttinin səmərəli işini təmin etmək məqsədilə müvafiq infrastrukturun yerləşdirilməsi planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
Vaqonlar Avropa qabariti və Beynəlxalq DəmirYoluİttifaqının tələblərinə uyğundur.
“İmzalanan müqavilə nəinki 2016-cı ilin ortasından 2017-ci ilin ortasına qədər vaqonların, həm də ehtiyat hidssələrinin geniş komplektinin tədarükü və xidmət göstərəc personalın təlimini nəzərdə tutur”, - deyə şirkət vurğulaylb.
Tədarük olunan 30 vaqon ADY tərəfindən 3 ədəd 10 vaqonlu qatarın komplektləşdirilməsi üçün istifadə olunacaq. Sifarişlə 27 yataq tipli sərnişin vaqonu və 3 vaqon-restoranın tədarükü nəzərdə tutulur. Yataq tipli sərnişin vaqonları partiyasına birinci sinif 3 vaqon, ikinci sinif 18 vaqon, qarışıq sinifli 3 vaqon və 3 xüsusi vaqon daxil olacaq.
3 vaqon-restoranın hər biri 28 yerlikdir. Beləliklə, 10 vaqondan ibarət qatar 257 yataq yerinə malikdir.
“Bu müqavilə şirkətin Azərbaycanın dəmir yolu bazarına uğurlu çıxışını təmin etdi və MDB ölkələrinin bazarında öz yerini möhkəmləndirməyə imkan yaratdı. “Stadler” şirkəti üçün yeni bazarların əldə olunması əsas strategiyadır”, - deyə məlumatda deyilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət