Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan SənayeSahələrində Şəffaflıq Təşəbbüsünün (EITI) tətbiqi üzrə çoxtərəfli qrup hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlərə dair 20-ci hesabatını dərc edib.
Hesabat 2015-ci il yanvarın 1-dən dekabrın 31-nə qədər olan dövrü əhatə edir.
Hesabata əsasən, Azərbaycan hökuməti 2015-ci ildə mədən sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən vergi və digər daxilolmalar qismində $386,783 mln. və 1 mlrd. 315,602 mln. manat (2014-cü ildə $618,712 mln. və 1 mlrd. 903,042 mln. manat – İF-Az) vəsait əldə edib.
Azərbaycanda mədənçıxarma sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər 2015-ci ildə dövlətə 140,009 mln. barel neft, 3 mlrd. 399 mln. 129,514 min kubmetr qaz, 9,047 min unsiya qızıl, 0,599 min unsiya gümüş, 0,092 min ton rəngli metal, 0,029 min unsiya mis konsentratında qızıl və 2,140 min unsiya mis konsentratında gümüş təhvil veriblər.
Hökumətin gəlirlərinin strukturunda $45,837 mln. Azərbaycanın mənfəət neftinin, $325,254 mln. mənfəət qazının, $2,012 mln. abunə və digər bonuslar üzrə ayırmaların, $2,118 dövlət torpaqlarının istifadəsinə görə akrhesabı ödənişlərin, $11,562 mln. tranzit ödənişlərin payına düşüb.
Bununla yanaşı, şirkətlər dövlətə 1 mlrd. 315,602 mln. manat vergi ödəyiblər. Bunun 792,84 mln. manatını mənfəət vergisi, 112,831 mln. manatını mədən vergisi, 140,164 mln. manatını ƏDV, 21,738 mln. manatını torpaq vergisi, 33,56 mln. manatını əmlak vergisi, 56,039 mln. manatını digər vergilər təşkil edib.
158,43 mln. manat isə qiymət fərqləri ilə bağlı daxilolmaların payına düşüb (Azərbaycanın dövlət büdcəsində və dünyada neft qiymətlərinin fərqi - İF-Az).
Hesabatın hazırlanması 2004-cü il noyabrın 24-də EITİ-nin reallaşdırılması üzrə hökumət komissiyası, xarici və yerli şirkətlər, qeyri-hökumət təşkilatları koalisiyası arasında imzalanmış memoranduma müvafiq olaraq həyata keçirilir.
Memoranduma uyğun olaraq mineral resursların hasilatı ilə məşğul olan şirkətlər ildə bir dəfə hökumətə ayırmalar haqqında məlumat verməli, hökumət isə bu şirkətlərdən daxil olan gəlirlər barədə hesabat təqdim etməlidir. Bütün məlumat auditor şirkətinə təqdim olunur və şirkət onun əsasında hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlərə dair ümumi hesabat hazırlayır.
EITI üzrə hesabatlar ildə bir dəfə ilin yekunlarına əsasən hazırlanır.
Xəbər verildiyi kimi, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət