2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 21,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6% artıb, neft sektorunda isə 7,1% azalıb.
Yanvar-iyul aylarında məhsulun 70%-i mədənçıxarma bölməsində, 24,8%-i emal bölməsində, 4,4%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qida məhsullarının istehsalı 2,3%, içkilərin istehsalı 30%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,9 dəfə, geyim istehsalı 49%, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3%, kimya sənayesi məhsullarının istehsalı 0,7%, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3%, tikinti materiallarının istehsalı 38,3%, kompüter və elektron məhsulların istehsalı 57,6%, elektrik avadanlıqlarının istehsalı 69%, sair nəqliyyat vasitələrinin istehsalı 19,3%, mebel istehsalı 26,1% artıb.
Hesabat dövründə tütün məmulatlarının istehsalı 23,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 43,1%, metallurgiya məmulatlarının istehsalı 9,4%, hazır metal məmulatlarının istehsalı 30,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1% azalıb.
2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 0,4% azalıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət