Azərbaycan Beynəlxalq Bankın (ABB) xarici öhdəliklərinin təkrar strukturlaşdırılması SOCAR-ın (ARDNŞ) likvidliyinə mühüm təsir göstərməyib. Bu barədə Moody`s Investors Service beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
“ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması SOCAR-ın likvidliyinə mühüm təsir göstərməyib. SOCAR-ın pul vəsaitinin böyük hissəsi ABB-nin payına düşür. Ehtimal ki, təkrar strukturlaşdırılma prosesi başa çatandan sonra bank şirkətə likvidlik təqdim etməyə davam edəcək”, - məlumatda bildirilir.
Agentlik qeyd edir ki, həmçinin SOCAR şirkəti pul vəsaiti və depozitlərin böyük hissəsini “PAŞA Bank” və “Kapital Bank”da saxlayır.
“Moody`s şirkətin pul ehtiyatlarının tam əlçatan qalacağını güman edir, çünki sərmayələrin maliyyələşdirmə və şirkətin borcuna xidmət üçün əsas mənbədir, o cümlədən, SOCAR-ın likvidliyinin yaxşı profilinin qiymətləndirilməsi üçün təməldir”, - məlumatda vurğulanır.
Agentlik bildirir ki, Azərbaycan ardıcıllıqla tənzimlənən qiymətlərin təshihi, kapital əsas daxilolmalar, əsas investsisiya layihələrinin maliyyələşdirilməsi və Maliyyə Nazirliyi vasitəsilə kreditlərin verilməsi yolu ilə SOCAR-a dəstək göstərir.
“ARDNF, dövlət büdcəsi və SOCAR arasında maliyyələşdirmə yoxdur. SOCAR mənfəət neftinin satışından gəlirləri ARDNF-yə köçürür (illik transfertlər 8-9 mlrd. manata yaxın təşkil edir) və Neft Fondundan əsas xərclər və Maliyyə Nazirliyindən köçürmələr əldə edir. 2016-cı il ərzində Azərbaycan hökuməti SOCAR-ın əsas kapitalına 921 mln. manat yatırıb. Bu da həmin dövrdə şirkətin Cənubi QafqazBorukəməri(CQBK) və “Cənub Qaz Dəhlizi” layihələrinin nizamnamə kapitalına yatırımları kompensasiya edib. 2017-ci il iyun ayının sonuna olan vəziyyətə görə, şirkətin Maliyyə Nazirliyi qarşısında borcunun həcmi 900 mln. manata yaxın olub. Hökumət və SOCAR arasında bu cür qarşlıqlı əlaqə iri işə götürən, vergi ödəyicisi və ixracatçı kimi Azərbaycan üçün şirklətin strateji əhəmiyyətini vurğulayır”, - məlumatda deyilir. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət