Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin monitorinqinin aparılması və qiymətləndirmə hesabatlarının hazırlanması təşəbbüsünü dəstəkləyir.
"AmCham-Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin açıq monitorinqinin aparılması və ortaya çıxmış nəticələrin, həmçinin bu istiqamətdə aparılan qiymətləndirmənin ictimaiyyətə təqdim olunması olduqca mütərəqqi bir haldır.
"AmCham" strateji yol xəritələrinin hazırlanmasının iştirakçısı olaraq hesab edir ki, həm yarım ildən bir, həm də illik təqdim olunacaq bu nəticələr strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin vaxtında və effektiv icra edilməsinə yardım edəcək. Palata həmçinin aparılan monitorinq nəticələrinin mütəmadi olaraq öz üzvlərinə çatdırılmasında və tərtib edilmiş hesabatlar üzrə müzakirələrdə iştirak etməkdə maraqlıdır”, - məlumatda deyilir.
Monitorinqin nəticələrini şərh edən N.Məmmədova bildirib ki, strateji yol xəritələrində nəzərdə tutulan işlər üzrə qiymətləndirmənin aparılması yol xəritələrinin təsdiq edilməsindən sonra hesabat xarakterli həyata keçirilmiş ilk belə hal olaraq xüsusi əhəmiyyət kəsb edir.
"Strateji yol xəritələri üzrə belə bir monitorinq və qiymətləndirmə sisteminin qurulması açıq hökumət prinsipinə tam uyğundur və bu təşəbbüsün həyata keçirilməsi yol xəritələrinin reallaşması prosesində şəffaflıq, hesabatlılıq və səmərəliliyin təmin olunması baxımından olduqca təqdirəlayiq bir haldır. Monitorinqlər strateji yol xəritəsinin icrasına dair məlumatların yerli və beynəlxalq ictimaiyyətlə kommunikasiya olunmasına, həmçinin bu sahədə tələb olunan investisiyanın cəlb edilməsinə şərait yaradacaq ki, bu da bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət göstərəcək", - N.Məmmədova əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət