Caspian European Club və Caspian American Club özəl sektorda dövlət strukturlarının yoxlamalarının təxirə salınması müddətinin daha 2 il uzadılması imkanının nəzərdən keçirilməsi istəyi ilə prezident İlham Əliyevə məktubla müraciət edib. Bunu “Caspian European Club”un İdarə Heyətinin üzvü, Vergi və Gömrük Komitəsinin rəhbəri Mustafa Abbasbəyli bildirib.
“Məktubda deyilir ki, ölkə sahibkarlarının böyük əksəriyyəti 2 il əvvəl imzalanan təsərrüfat subyektlərində yoxlamaların dayandırılmasına dair fərmandan razıdır”, - deyə o qeyd edib.
M.Abbasbəyli əlavə edib ki, Caspian European Club-un Ekspert Şurası Klubun üzv şirkətləri ilə birlikdə beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanda sahibkarlığın inkişafı və dövlətin özəl sektora müdaxiləsinin azaldılması ilə bağlı müntəzəm təkliflər hazırlayır: “Əvvəllər prezident İlham Əliyevə ildə iki dəfə təkliflər paketi göndərirdik, lakin son zamanlar ölkəmizdə həyata keçirilən islahatlarla bağlı təkliflərin tezliyi artırılıb. Hesabatlar və təklif paketləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və dövlət strukturlarının özəl sektora müdaxiləsinin real vəziyyətini əks etdirir”.
Komitə rəhbərinin sözlərinə görə, klubun təkliflərində, bu gün həyata keçirilməsi lazım olan məqamları əks etdirilir ki, hazırda yaşanan post neft dövründə sahibkarlıq dövlətə maksimum dəstək verə bilsin. “Təkliflərimizin əksəriyyətinin qəbul olunmasına görə ölkə başçısına minnətdarıq. Bu təkliflər sayəsində qısa müddətdə özəl sektor büdcəni doldurmaqda öz payını artıra bilər və yeni iş yerlərinin yaradılması, rəqabət qabiliyyətli məhsulların istehsalında yaxşı nəticələr göstərə bilər”, - deyə M.Abbasbəyli bildirib.
Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət