SOCAR şirkəti (ARDNŞ) 2018-ci ilin sentyabr ayında Türkiyədə “STAR” Neft Emalı Zavodunda istehsal olunan ilkin məhsulların satışına başlamağı planlaşdırır. Bu barədə “SOCAR Turkiye Enerji”nin rəhbəri Zaur Qəhrəmanov cümə axşamı jurnalistlərə bildirib.
“Əsas tikinti işlərinin 95%-i başa çatıb. 2018-ci ilin avqust ayında zavodda məhsul istehsalına, sentyabr ayında ilk satışa başlanılacaq. 2019-cu ildə müəssisə 10 mln. ton tam emal gücünə çıxacaq”, - Z.Qəhrəmanov qeyd edib.
O həmçinin məlumat verib ki, layihəyə daxil edilən bəzi texniki dəyişikliklərlə əlaqədar, “STAR” NEZ-in tikintisinin dəyəri $5,4 mlrd.-dan $6 mlrd.-dək bahalaşıb.
“Zavod layihələndirildiyi zaman biz müəyyən markalı nefti hədəf almışdıq. İndi tədarük olunan neftin çeşidini genişləndirdik. Bu, əlavə rezervuar güclərin tyaradılması zərurəti yaratdı. Layihədə dəyişiklikləri nəzərə alaraq, onun dəyəri $5,4 mlrd.-dan $6 mlrd.-dək artıb. Bu məbləğə tikintinin dəyəri və bank kreditləri üzrə müəyyən xərclər daxildir”, - o qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət