2016-cı ildə "AzInTelecom" MMC-nin xalis mənfəəti 2015-ci ildə qeydə alınmış 12 mln. 697,646 min manat məbləğində zərərə qarşı 32 mln. 538,67 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən 2016-cı ildə “AzInTelecom”un gəlirləri 37 mln. 356,989 min manat (azalma 25,5%), xidmət və satışların maya dəyəri 13 mln. 64,79 min manat (azalma 13,2%), əməliyyat gəliri 23 mln. 395,636 min manat (artım 2,6 dəfə), mənfəət vergisi üzrə ayırmalar 8 mln. 640,925 min manat təşkil edib.
Ötən il “AzInTelecom”un aktivləri 25,3% - 67 mln. 574,288 min manatadək artıb, qısamüddətli aktivləri 27,8% - 13 mln. 212,423 min manatadək azalıb, uzunmüddətli aktivləri 52,5% - 54 mln. 361,865 min manatadək artıb.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin öhdəlikləri 22 mln. 142,959 min manata (azalma 46,4%), o cümlədən qısamüddətli öhdəlikləri 21 mln. 832,671 min manata, uzunmüddətli öhdəlikləri 310,288 min manata bərabərdir.
“AzInTelecom”un kapitalı 45 mln. 431,329 min manat (artım 3,6 dəfə), nizamnamə kapitalı 8,146 min manata (dəyişməyib) bərabərdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət