SOCAR-ın Türkiyədə layihələrin reallaşdırılmasına ümumi sərmayələri $12,6 mlrd. təşkil edib. Bunu SOCAR Turkiye Enerji şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin «Capital» nəşrinə müsahibəsində deyib.
“2008-ci ildə Türkiyə bazarına daxil olduq. Bu ölkənin iqtisadiyyatına sərmayə portfelimiz $19,5 mlrd. həcmində qiymətləndirilir. Bu vəsait 2021-ci ilə qədər yatırılacaq. İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri $12,6 mlrd. təşkil edib. Vəsaitin qalan həcmi 2018, 2019 və 2020-ci illərdə yatırılacaq”, - Z.Qəhrəmanov bildirib.
O vurğulayıb ki, dünyanın 13 ölkəsində fəaliyyət göstərən SOCAR-ın xarici sərmayələrinin ən çox həcmi Türkiyənin payına düşüb. Bununla bərabər, ARDNŞ və Azərbaycanın digər şirkətlərinin Türkiyəyə sərmayələri bu ölkənin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 51%-ni təşkil edir.
“Türkiyənin neft-kimya sektorunda yeni layihələrin reallaşdırılmasına dair niyyətimiz qalmaqdadır. Bu sahədə şirkətimiz üçün böyük perspektivlər və potensial mövcuddur, Türkiyə hökumətinin dəstəyi hiss olunur. Söhbət yeni neft-kimya kompleksinin yaradılmasından gedir. Bununla əlaqədar, ilkin injinirinq hesablamaları artıq başa çatıb, ətraflı layihələndirmə mərhələsinə keçirik, bu da zaman tələb edəcək”, - Z.Qəhrəmanov vurğulayıb.
Onun sözlərinə görə, həmçinin SOCAR Turkiye Enerji digər şirkətlərlə tərəfdaşlıqda Aliağa adasının enerji sektoruna vəsait yatırmağı planlaşdırır.
“Layihə enerji infrastrukturuna müəyyən vəsaitin yatırılmasını nəzərdə tutur və injinirinq mərhələsindədir”, - Z.Qəhrəmanov əlavə edib.
O həmçinin məlumat verib ki, 2009-2012-ci illərdə yalnız Petkim neft-kimya kompleksinin inkişafına $760 mln. yatırılıb.
“Sonra hər il Petkim-in inkişafına $100 mln. yatırılıb. Türkiyənin neft-kimya bazarında Petkim-in payı 17% təşkil edir. Yeni sərmayələr hesabına biz bu rəqəmi 40-60%-ə çatdıracağıq”, - Z.Qəhrəmanov qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət