ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və bu layihənin başa çatmaqda olmasına önəm verir. Bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnio deyib.
Prezident İlham Əliyev bu gün S.Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Prezident İ.Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə S.Saarnioya minnətdarlığını bildirərək, ABŞ-ın bu tədbirdə yüksək səviyyədə təmsil olunmasının layihənin icrası baxımından önəmini vurğulayıb”, - deyə dövlət başçısının saytında verilən məlumatda bildirilir.
İ.Əliyev qeyd edib ki, Məşvərət Şurasının sabah keçiriləcək iclası görülən işlər və qarşıda duran planların müzakirəsi üçün yaxşı imkan yaradır. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlət başçısı bütün bunları layihəyə cəlb olunmuş ölkələrin hökumətlərinin, şirkətlərinin, maliyyə institutlarının birgə səylərinin nəticəsi kimi dəyərləndirib.
S.Saarnio ABŞ prezidentinin, dövlət katibinin, ABŞ hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğulayıb və bu layihənin başa çatmaqda olmasının önəmini qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət