Energetika Nazirliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üzərində işi başa çatdırıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üzərində iş başa çatdırılıb. Qanun layihəsi üzərində iş Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlıqda aparılıb. Hazırda sənəd idarələrarası təsdiq prosedurundan keçir”, - P.Şahbazov cümə axşamı qanun layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masada bildirib.
Nazirin sözlərinə görə, sənəd beynəlxalq standartlara uyğun səviyyədə hazırlanıb və elektrik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı prosesində enerji effektivliyinin artırılmasına yönəlib.
“İndiyədək Azərbaycan enerji effektivliyi sahəsində bir sıra tədbirlər həyata keçirib. Bura elektrik stansiyalarının fəaliyyətinin optimallaşdırılması, elektrik şəbəkələrində itkilərin azalması, alternativ və bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı daxildir. Lakin, ilkin vəzifə qanunvericilik bazasının hazırlanmasıdır və qanun layihəsi məhz enerji effektivliyi sahəsində məsələlərin həllinə yönəlib”, - P.Şahbazov qeyd edib.
O əlavə edib ki, qanun layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikasındakommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində hazırlanıb.
Həmçinin P.Şahbazov məlumat verib ki, yeni yaradılan Enerji MəsələləriniTənzimləmə Agentliyinin fəaliyyəti Azərbaycanda enerji resurslarının effektiv istifadəsi məsələlərinin həllinə öz töhfəsini verəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət